Bakıda avtomat tapılıb. Bu haqda bu gün, 2 may tarixində Bakuplus.az Penitensiar Xidmətə istinadən xəbər verir.
Hadisə Binəqədi rayonunun Çiçək qəsəbəsində baş verib. Penitensiar Xidmətin əməliyyat aparatı və Daxili İşlər Nazirliyinin əməkdaşları birgə əməliyyat keçiriblər. Nəticədə Nicat Çobanova məxsus AKS markalı avtomat və içərisində 10 ədəd 5,45 kalibrli güllə olan 1 ədəd avtomat sandıqcası aşkarlanıb.
Araşdırma aparılır.