Binəqədi rayonunda odlu silah satmaq istəyən şəxs tutulub. Bu haqda bu gün, 6 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı 60 yaşlı Teyyub Nuruşov saxlanılıb. Onun üzərində 1 ədəd “Makarov” markalı tapança, 8 ədəd patron və 1 ədəd sandıqça aşkar edilib. O, odlu silah-sursatı bir neçə ay əvvəl əldə etdiyini və satmaq niyyətində olduğunu qeyd edib.
Faktla bağlı araşdırma aparılır.