Binəqədi rayonunda narkotik alverinə qarşı əməliyyatlar aparılıb. Bu haqda bu gün, 4 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
May ayı ərzində keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 65 fakt aşkarlanıb. Nəticədə külli miqdarda müxtəlif növ psixotrop maddə dövriyyədən çıxarılıb.
Bundan əlavə, profilaktik tədbirlər zamanı 4 “Kalaşnikov” avtomatı, 4 “Makarov” tapançası və 81 ədəd patron polis əməkdaşlarına təhvil verilib.
Həmçinin narkotik vasitə və spirtli içkinin təsiri altında avtomobil idarə edən 23, avtoxuliqanlıq əməlləri törədən 2 sürücü aşkarlanıb.