Hadisə yerinə 9 təcili yardım briqadası cəlb olunub, 45 nəfər təxliyə edilib. İlkin hesablamaya əsasən, yanğın nəticəsində beşmərtəbəli binanın 1-ci mərtəbəsində mənzildə 12 kv.m sahədə otaq əşyaları və 24 p.m elektrik naqilləri yanıb.
10:09 - Binəqədidə tələbə yataqxanası yanır
Bakıda tələbə yataqxanasında yanğın başlayıb. Bu haqda bu gün, 6 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma Binəqədi rayonu, Ceyhun Hacıbəyli küçəsi 150 ünvnanında yerləşən Azərbaycan Dillər Universitetinin yataqxanasında qeydə alınıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri aparılır.