Binəqədi rayonunda tövlə yanıb. Bu haqda bu gün, 8 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 100 kv.m olan tövlədə qeydə alınıb. Nəticədə tikili tamamilə yanıb. Ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.