Binəqədi rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 12 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 40 kv.m olan tikilidə başlayıb. Nəticədə pəncərə çərçivəsi və içəridə 3 kv.m sahədə ev əşyaları yanıb. Tikilinin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.