Bakının Binəqədi rayonunun eyniadlı qəsəbəsində yol qəzası baş verib. Bu haqda bu gün, 26 sentyabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Adıçəkilən ərazidə yük avtomobili (TIR) aşıb. Qəza nəticəsində yolda sıxlıq yaranıb. TIR-ı qaldırmaq üçün əraziyə qaldırıcı kran çağırılıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar, sıxlığın aradan qaldırılması üçün işlər görülür.