Bakının Binəqədi rayonunda kişidən narkotik aşkar olunaraq götürülüb. Bu haqda bu gün, 12 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Abşeron rayon sakini V.Məhərrəmovun üzərinə 500 qram çəkidə tiryək aşkar olunub. Kişi saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.