Binəqədi rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 22 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun eyniadlı qəsəbəsində, 179 saylı məktəbin qarşısında qeydə alınıb. Yük maşını idarəetmədən çıxaraq orta yaşlı qadını vuraraq öldürüb.
Faktla bağlı araşdırmalar davam edir.