Binəqədi rayonunda yük və minik avtomobilləri toqquşub. Bu haqda bu gün, 27 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Taksi fəaliyyəti ilə məşğul olan minik maşını “KamAZ” markalı yük avtomobili ilə toqquşub. Nəticədə 36 yaşlı Ruslan Hüseynov və həmyaşıdı Nurlan Cavadov xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.