Binəqədi rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 6 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma “DAF” markalı yük nəqliyyat vasitəsinin kabinə hissəsində qeydə alınıb. Nəticədə sözügedən hissə yanıb. Maşının digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.