Bakının Binəqədi rayonunda həyətyanı sahədə yanğın olub. Bu haqda bu gün, 12 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Ümumi sahəsi 15 kv.m olan mətbəxin yanar konstruksiyaları və yaxınlıqdakı evin hasarının üzərinə quraşdırılan talvar 5 kv.m sahədə yanıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Bitişik ev yanğından mühafizə olunub. Yanğın söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.