Binəqədi rayonunda kişi meyiti tapılıb. Bu haqda bu gün, 10 iyul tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Adıçəkilən rayonda yerləşən 3 mərtəbəli yarımtikilidə 34 yaşlı Fariz Orucov asılmış vəziyyətdə tapılıb. Onun intihar etdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.