Binəqədi rayonunda yerləşən yataqxanada yanğın baş verib. Bu haqda bu gün, 15 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma binanın 1-ci mərtəbəsində ümumi sahəsi 45 kv.m olan 2 otaqlı mənzilin artırmasında qeydə alınıb. Nəticədə dam örtüyü 6 kv.m sahədə və paltaryuyan maşın yanıb. Mənzilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.