Bakıda yetkinlik yaşına çatmayan şəxslər saxlanılıblar. Bu haqda BakuPlus.az DİN-in mətbuat xidmətinə istinadən bu gün, 19 noyabr tarixində xəbər verir.
Binəqədi qəsəbəsində “ZİL” markalı avtomobili qaçırmaqda şübhəli bilinən yetkinlik yaşına çatmayan 3 nəfər saxlanılıb.
Araşdırmalarla onların M.Ə.Rəsulzadə qəsəbəsindəki zoomağazaların birindən 1000 manat dəyərində 8 ədəd tutuquşu, yem, qəfəs, kassa aparatı və pos-terminal oğurlamaları da müəyyən olunub.