Bakı–Sumqayıt yolunda yol qəzası baş verib. Bu haqda bu gün, 17 iyun tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Hadisə yolun Binəqədi rayonundan keçən hissəsində qeydə alınıb. “Toyota Prius” markalı minik avtomobili idarəetmədən çıxaraq arakəsməyə çarpılıb. Nəticədə maşın tamamilə yararsız hala düşüb. Sürücü və 4 sərnişin müxtəlif dərəcəli xəsarətlərlə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunublar. Onlardan biri – 27 yaşl İlqar Quliyevin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar davam edir.