Binəqədi rayonunda zavoddan oğurluq edilib. Bu haqda bu gün, 21 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Aqşin Alıyev adıçəkilən rayon ərazisində yerləşən zavodun həyətindən ümumilikdə 2000 AZN dəyərində qaynaq aparatı, 2 ədəd mühərrik, 5 ədəd generator, boru və 2 ədəd akkumulyator oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalar davam edir.