Paytaxtın Xəzər rayonunda silsilə oğurluqlar edən şəxs tutulub. Bu haqda bu gün, 15 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Binə qəsəbəsində yaşayan Yunsur və Ələsgər Rəhimov qardaşları, eləcə də yetkinlik yaşına çatmayan 1 nəfər qohumları adıçəkilən qəsəbə ərazisində yerləşən 11 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinirlər. Onlar oğurladıqları əşyaları Sabunçu qəsəbəsində yerləşən ticarət mərkəzlərinin birində satıblar.
Faktla bağlı araşdırmalar davam edir.
[caption id="attachment_94159" align="alignnone" width="640"]
Foto DİN-nin mətbuat xidməti[/caption]