Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində əvvəllər məhkum olunmuş şəxs oğurluq üstündə tutulub. Bu haqda bu gün, 7 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Daməd Məmmədov adıçəkilən qəsəbədəki evlərin birindən 1870 AZN oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırmalar davam edir.