Bakı-Sumqayıt magistral yolunun 15-ci kilometrliyində xəsarətlərlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 16 yanvar tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
“Ford” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək yolun kənarında dayanan “Qazel”ə və “Mercedes” markalı minik avtomobilinə çarpılıb.
Qəza nəticəsində iki nəfər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub, hər iki şəxs xəstəxanaya aparılıb.
Əraziyə yol polis əməkdaşları gəliblər, araşdırmalara başlanılıb.
[caption id="attachment_126411" align="alignnone" width="640"]
Foto APA.az saytı[/caption]