Bakıda ölümlə nəticələnən növbəti yol qəzası qeydə alınıb. Bu haqda BakuPlus.az DİN-in mətbuat xidmətinə istinadən bu gün, 25 oktyabr tarixində xəbər verir.
Hadisə Xəzər rayonunda baş verib.
Oktyabrın 24-də saat 08:00 radələrində Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini R.Mirzəyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən paytaxt sakini Esmira Əliyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.