Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 14 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində qeydə alınıb. 59 yaşlı Güloğlan Heydərov avtomobil yolunu keçən zaman 26 yaşlı Fərid Səmədov “BMW” markalı nəqliyyat vasitəsilə onu vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.