Səbail polisi daha bir oğrunu zərərsizləşdirib. Bu haqda BakuPlus.az DİN-in mətbuat xidmətinə istinadən bu gün, 18 noyabr tarixində xəbər verir.
Əcnəbi vətəndaşın mobil telefonunu oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini H.Quliyev saxlanılıb.
Araşdırmalarla onun Bakı şəhər sakini L.Əliyevanın içərisində bank kartları olan pulqabısını oğurlaması və hesabından 242 manatını çıxarması da müəyyən olunub.