Bakı sakini dələduzluq üstündə saxlanılıb. Bu haqda bu gün, 8 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini Sədulla Seyfullayev bir nəfərin həbsdə olan qohumunun azad olunmasına köməkliklər edəcəyi ilə bağlı yalan vədlər verib və onun 28.000 AZN pulunu dələduzluq yolu ilə ələ keçirib.
Faktla bağlı araşdırmalar davam edir.