Paytaxtın Xətai rayonu, Yusif Səfərov və Mehdi Mehdizadə küçələrinin kəsişməsində avtoqəza baş verib. Bu haqda APA məlumat yayıb.
“Hyundai” markalı avtomobil ilə eyni istiqamətdə döngə əməliyyatı həyata keçirən moped toqquşub. İkitəkərlinin sürücüsü xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.