Bakı və ölkə ərazisində sakinlər könüllü olaraq silah-sursat təhvil veriblər. Bu haqda bu gün, 7 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Martın 6-da polis əməkdaşları paytaxtda və ölkənin müxtəlif rayonlarında 2 avtomat silahı, 4 qumbara, 2 alışdırıcı, 6 müxtəlif markalı tüfəng, 5 patron darağı və 802 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər bundan sonra da davam etdiriləcək.