Bakıda və respublika ərazisində odlu silahların könüllü təhvil verilməsi davam edir. Bu haqda bu gün, 1 aprel tarixində Bakuplus.az Daxili işlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Martın 30-da və 31-də polis əməkdaşları paytaxtda və ölkənin ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 9 tüfəng, 1 patron darağı və 15 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər bundan sonra da davam edəcək.