Bakıda və ölkə ərazisində silahların təhvil verilməsi davam edir. Bu haqda bu gün, 9 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Mayın 8-də polis əməkdaşları paytaxtda və respublikanın müxtəlif rayonlarında 1 avtomat silahı, 3 tüfəng, 2 patron darağı və 39 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər bundan sonra da davam edəcək.