Bakının Binəqədi rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 3 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə DSK yolunda qeydə alınıb. Yük avtomobilinin sürücüsü idarəetməni itirərək ard-arda 2 “Kia” markalı nəqliyyat vasitəsini əzib. Daha sonra maşın aşaraq yol kənarındakı hasarı dağıdıb.
Qəza nəticəsində yük maşınının sürücüsü, 49 yaşlı Asif Dünyamalıyev aldığı xəsarətlərdən dünyasını dəyişib.
Əraziyə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırmalar aparılır.
[caption id="attachment_128487" align="alignnone" width="640"]
Foto APA.az[/caption]