Paytaxt ərazisində elan saytlarında dələduzluq edən şəxs saxlanılıb. Bu haqda bu gün, 1 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 44 yaşlı Sumqayıt şəhər sakini Elman Həsənov saxlanılıb.
O, elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlara müxtəlif məhsulları satacağı vədini verib və müxtəlif məbləğlərdə “beh” alıb. Zərərçəkənlər pulları həmin şəxsin özünə aid olmayan bank hesab kartlarına köçürüblər. Daha sonra E.Həsənov həmin pulları mənimsəyib.
Faktlarla bağlı araşdırma aparılır.