Bakının Binəqədi rayonundakı “Elite Park” yaşayış kompleksinin yaxınlığında kişi meyiti aşkarlanıb. Bu haqda bu gün, 27 yanvar tarixində Bakuplus.az məlumat verir.
Orta yaşlı kişinin cəsədi açıq ərazidə tapılıb. Onun üzərində zorakılıq əlamətlərinin olmadığı deyilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Kişinin şəxsiyyəti dəqiqləşdirilir.
[video width="1080" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2024/01/bakuplus-logo-1x15-1.mp4"][/video]