Bakıda yanğın başlayıb. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 14 oktyabr tarixində xəbər verir.
Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən ikimərtəbəli tikilinin birinci mərtəbəsindəki ticarət obyektində yanğın başlayıb.
Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.