Səbail rayonunda bir nəfərin xəstəxanaya çatdırılmasında FHN-in əməkdaşları iştirak ediblər. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 14 oktyabr tarixində xəbər verir.
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış olan ünvana gələrək vətəndaşı 8-ci mərtəbədəki mənzildən aşağı düşürüblər.
Həmin şəxs təcili tibbi yardım briqadasına təhvil verilib.