Bakının Nəsimi rayonunda Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları xəstə insana köməklik ediblər. Bu haqda FHN-in mətbuat xidməti bu gün, 17 sentyabr tarixində xəbər verib.
Belə ki, bir nəfərin xəstəxanaya aparılması zərurəti yaranıb. Bununla əlaqədar, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.
Xilasedicilərin köməkliyi ilə vətəndaş 3-cü mərtəbədəki mənzildən aşağı düşürülüb və təcili tibbi yardım avtomobilinə mindirilərək həkim briqadasına təhvil verilib.