Bakının Nizami rayonunda Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları xəstə insana köməklik ediblər. Bu haqda FHN-in mətbuat xidməti bu gün, 18 noyabr tarixində xəbər verib.
Belə ki, bir nəfərin xəstəxanaya aparılması zərurəti yaranıb. Bununla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.
Xilasedicilərin köməkliyi ilə vətəndaş 4-cü mərtəbədəki mənzildən aşağı düşürülüb və təcili tibbi yardım avtomobilinə mindirilərək həkim briqadasına təhvil verilib.