Bakının 2 rayonunda bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan sakinlər xilas olunublar. Bu haqda bu gün, 16 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Bakının Nizami və Binəqədi rayonları, həmçinin Abşeron rayonunda üç ünvanda vətəndaşların köməksiz vəziyyətdə qaldığı barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırışa cavab verərək 2 nəfəri xilas edib, bir nəfərin meyitini aidiyyəti quruma təhvil verib.