Gömrük Akademiyasının önündə ağır yol-nəqliyyat hadisəsi olub. Bu haqda 29 sentyabr tarixində Lent.az məlumat verib.
Zabrat-Maştağa yolunda, Dövlət Gömrük Komitəsinin Akademiyasının qarşısında “Opel” və “Kia Sportage” markalı avtomobillər işıqforun qırmızı işığında toqquşublar. Qəza nəticəsində hər iki sürücü xəsarət alıb. Hadisə yerinə Bakı şəhər Dövlət Yol Polisi cəlb olunub.
Bundan əvvəl, sentyabrın 23-də bu ərazidə akademiyanın işçisinin və tələbəsinin ölümü ilə nəticələnən yol qəzası baş vermişdir.