Bakı metrosunda həyəcanlı anlar yaşanıb. Bu haqda bu gün, 2 may tarixində Bakuplus.az Baku.ws-ə istinadən xəbər verir.
“Gənclik” stansiyasında gənc oğlan qatar yoluna düşüb. “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, dərhal yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti çağırılıb.
Oğlan digər sərnişinlərin köməyi ilə stansiya yolundan çıxarılıb. İlkin tibbi yardımdan sonra o, öz yoluna davam edib.
Посмотреть эту публикацию в Instagram