Binəqədi rayonunda evdən oğurluq edənlər tutulublar. Bu haqda bu gün, 3 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Görədil bağlarında baş verib. Cəbrayıl rayon sakini Vasif Həsənov, Tərtər rayon sakinləri Şəhriyar İngilisli və Orxan Paşayev evlərin birindən 12.000 AZN dəyərində mebel dəsti, qaz sobaları, təmir alətləri və digər məişət əşyaları oğurlamaqda şübhəli bilinirlər.
Onlar barəsində araşdırmalar davam edir.