Bakının Binəqədi rayonunun Goradil qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 16 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Sözügedən ünvanda “Mercedes Benz C 320” markalı avtomobilin sürücüsü Piruz Məmmədov idarəetməni itirərək yol kənarında yerləşən fərdi yaşayış evinin daş hasarına çarpılıb.
Qəza nəticəsində sərnişin Tofiq Həsənov aldığı xəsarətlərdən yerində keçinib. Sürücü Piruz Məmmədov və digər sərnişinlər - Orxan Piriyev və Allahverdi Aslanov xəsarətlər alıblar.
Faktla bağlı araşdırma aparılır.