Bakıda həbsxanaya narkotik keçirmək istəyiblər. Bu haqda bu gün, 13 fevral tarixində Bakuplus.az Penitensiar Xidmətə istinadən xəbər verir.
Vüsal İsayev məhkum olan tanışı Vasif Hüseynzadəni ziyarətə gəlib. Onun gətirdiyi sovqata baxış keçirilən zaman orada 4 ədəd dolmanın içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 4,650 qram marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.