Binəqədi rayonunda avtobusda oğurluq edilib. Bu haqda bu gün, 15 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bir nəfər qadın rayonun Hökməli qəsəbəsi ərazisində marşrut avtobusunda sərnişinin içərisində 2500 AZN pulu, eləcə də qızıl-zinət əşyaları və bank kartları olan çantasını oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.