Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 10 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
50 yaşlı Məzahir Nağıyev yolu keçən zaman onu minik avtomobili vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar davam edir.