Suraxanı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 23 may tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Hadisə rayonun Hövsan–Türkan yolunda baş verib. Seymur Əliquliyev idarə etdiyi “Hovo” markalı yük maşını ilə Baxşəli Abdullayevin sürücüsü olduğu “Opel” markalı avtomobillə toqquşub.
Nəticədə B. Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar davam edir.