Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsindəki Quşçuluq Sovxozunda fərdi ev yanıb. Bir nəfər dünyasını dəyişib. Bu haqda bu gün, 15 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Həmin evdə yaşayan 70 yaşlı Emilya Xanbabayeva hadisə yerində ölüb.
Hadisənin təfərrüatları araşdırılır.