Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 8 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində baş verib. 39 yaşlı Mehman Kələntərov tanışı ilə dava zamanı bıçaqlanıb. Nəticədə yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.