Suraxanı rayonunda döyülmə hadisəsi baş verib. Bu haqda bu gün, 3 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə rayonun Hövsan qəsəbəsində baş verib. 35 yaşlı Emil Yusubov öz evində tanışı ilə mübahisə edən zaman döyülüb. O, qapalı kəllə-beyin travması və baş-beyin əziyi ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.