Bakının Suraxanı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 7 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Hövsan qəsəbəsindəki MİDA sosial evlərinin yaxınlığında qeydə alınıb. Tuncay Qasımbəylinin idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobil 57 yaşlı piyada Şakir Müzəffərovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.