Hacıqabulda itkin düşən qadın Bakıda tapılıb. Bu haqda bu gün, 3 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
34 yaşlı Aygül Soltanova 13 yanvar tarixindən itkin düşmüşdü. Aparılan araşdırma zamanı onun Bakı şəhərində olduğu məlum olub. A.Soltanova boşanma ərizəsi ilə məhkəməyə müraciət edərkən aşkarlanıb.
Hazırda araşdırmalar davam edir.