Heydər Əliyev adına Beynəlxalq Hava Limanında narkotik aşkarlanıb. Bu haqda bu gün, 4 oktyabr tarixində Report.az məlumat yayıb.
Bakı şəhər sakini R.Bayramlının üzərindən 42 ədəd tramadol və 5 ədəd metadon həbləri aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən cari il ərzində ölkə ərazisində ümumilikdə 2 ton 773 kiloqram narkotik, 230 kiloqram isə psixotrop maddə dövriyyədən çıxarılıb.